image-n1karobka_ads
image-123
44 gün Vətən müharibəsi tarixə Zəfər qələbəsi ilə həkk olundu FOTObackend

44 gün Vətən müharibəsi tarixə Zəfər qələbəsi ilə həkk olundu FOTO

image-ad_qayo_720x110px

Müsabiqənin məqsədi Ermənistanın 27 sentyabr sabahı Tərtər rayonu və Füzuli rayonunda mülki yaşayış yerlərinə hücumuna Azərbaycan ordusunun əks hücumu nəticəsində başlayan və 44 gün davam edən müharibə Azərbaycan ordusunun zəfəriylə nəticələnmiş və 30 ilə yaxın işğal altında olan Qarabağ azad edilmişdir. Bu şanlı zəfər sadəcə Azərbaycanda deyil başda Türkiyə olmaqla bütün Türk dünyasında böyük bir sevinclə qarşılanmışdır.

Bu şanlı zəfər asan əldə edilməmiş, 2783 təzə fidan vətən torpaqlarına can suyu vermişdir. Onların adlarının əbədiləşdirilməsi və bu dastanın yazılaraq sonrakı nəsillərə ötürülməsi əli qələm tutan hər kəsin öhdəsinə düşən tarixi bir borcdur. Necə ki, “Çanaqqala Zəfəri”ni Mehmet Akif “Çanakkale Şehitlerine” şeiri ilə ölümsüzləşdirmişdirsə, “Qarabağ Zəfəri” və “Qarabağ Şəhidləri’ də beləcə ölümsüzləşdirilməlidir. Müsabiqənin əsas məqsədi Vətən üçün canlarından keçənlərin xatirəsinə hörmət əlaməti olaraq milli mübarizə ruhunu yaşadan, hiss etdirən şeirlerin yazılmasına həvəsləndirmək, müsabiqənin sonunda ortaya çıxan gözəl şeirlərdən ilk 50-nin bir kitab halında nəşr edilməsi və müsabiqədə yer tutan şagirdlərin mükafatlandırılmasıdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki