Mobil operatorların LTE tezliklərindən istifadə xərcləri 10 dəfə, bütün digər tezliklərdən istifadə üçün isə ikiqat arta bilər.
Bu barədə “İzvestiya” ekspertlərə istinadən yazır.
Nəşrin məlumatına görə, Rəqəmsal İnkişaf Nazirliyi tezliklərdən istifadəyə görə ödənişlərin hesablanması üçün yeni metodu təsdiqləsə, operator xərclərinin əhəmiyyətli dərəcədə artması mümkündür. Operatorlar hazırda inkişaf etməkdə olan texnologiya kimi 4G tezlikləri üçün ödəniş edirlər, lakin bu statusu itirmək daha yüksək xərclərə səbəb ola bilər.
Operator xərclərinin artmasının istifadəçilər üçün tariflərə təsir edəcəyi qeyd edilir.
Mənbə: Lenta.ru