image-n1karobka_ads
image-123
image-687e03c202e8bd7e40510c8a-1backend

Tramp Obamanın “həbs”inin süni intellektlə yaradılan videosunu yayıb

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Donald Tramp əvvəlki prezident Barak Obamanın “həbs olunması”nı əks etdirən süni intellekt vasitəsilə hazırlanmış videonu yayımlayıb.

Doğru.az xəbər verir ki, Tramp videonu özünün “Truth Social” platformasında paylaşıb. Kadrlarda Federal Təhqiqat Bürosu (FTB) agentlərinin Obama administrasiyasının rəhbərini Oval kabinetdən aparması əks olunub.

Məlumata görə, video neyron şəbəkə vasitəsilə yaradılıb və real hadisəni deyil, süni şəkildə modelləşdirilmiş səhnələri əks etdirir.

Tramp paylaşımında, həmçinin, Demokrat Partiyasının bir sıra nümayəndələrinə “Heç kim qanundan üstün deyil” mesajını ünvanlayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Obama administrasiyasının 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı uydurma və siyasiləşdirilmiş məlumatlar yaydığını bildirən sənədlərin məxfiliyini aradan qaldırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki