ABŞ və İsrailin yaxın 48 saat ərzində İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi iddia olunur.
Doğru.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov açıqlama verib. Onun sözlərinə görə, sözügedən müddət ərzində ABŞ və İsrail aviasiyası İranın strateji obyektlərinə hava zərbələri endirə, eyni zamanda repressiv aparatın ən önəmli fiqurlarına qarşı nöqtəli aradan qaldırılma əməliyyatları həyata keçirə bilər.
Politoloq bildirib ki, proseslər bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər və mümkün hərbi ssenarilər artıq aktiv mərhələyə keçmək üzrədir.
Qeyd edək ki, rəsmi Vaşinqton və Tel-Əviv tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib. Regionda baş verən hadisələr diqqətlə izlənilir.
Mənbə: Bakupost.az




























