image-n1karobka_ads
image-123
image-plane-crash-3backend

ABŞ-da iki kiçik təyyarə havada toqquşdu – ölən və yaralananlar var

image-ad_qayo_720x110px

ABŞ-ın Kolorado ştatında Fort Morgan Bələdiyyə Hava Limanı yaxınlığında Cessna 172 və Extra EA-300 tipli təyyarələr havada toqquşub.

Doğru.az xəbər verir ki, hadisə zamanı bir nəfər həyatını itirib, üç nəfər isə yaralanıb. Hər iki təyyarədə iki nəfərin olduğu dəqiqləşdirilib.

Məlumata görə, toqquşma hər iki pilotun eyni vaxtda uçuş-enmə zolağına enməyə çalışdığı anda baş verib. Nəticədə təyyarələrə ciddi ziyan dəyib, onlardan biri isə tamamilə yanıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Federal Aviasiya Administrasiyası (FAA) yanvar ayında Vaşinqtonda hərbi helikopterin sərnişin təyyarəsi ilə toqquşması nəticəsində 67 nəfərin həlak olduğunu ilk dəfə etiraf etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki