Şimali Karolina ştatının Southport şəhərindəki Southport Yacht Basin-də kütləvi atışma baş verib.
Doğru.az xəbər verir ki, yerli hakimiyyət sosial şəbəkələrdə üç nəfərin öldüyünü bildirib. Şübhələnin qayıqla qaçdığı və polis tərəfindən axtarıldığı qeyd olunur.
Bundan əvvəl Texasda bir məşqçi beysbol oyununda atışma zamanı yaralanıb. Ötən həftə isə ABŞ-da naməlum şəxs toya girərək atəş açıb.
DOĞRU.AZ