image-n1karobka_ads
image-123
image-66d88bf902e8bd1163472763backend

ABŞ-ın Corciya ştatında məktəbdə atışma baş verib

Atışma Corciya ştatının Uinder şəhərindəki Apalachee liseyində baş verib.

Doğru.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb

Telekanalın məlumatına görə, güllə yarası alan xəstələr yerli xəstəxanaya yerləşdirilir. Onlardan ən azı biri helikopterlə tibb müəssisəsinə təxliyə edilib.

Qurbanların dəqiq sayı məlum deyil.

Barrou dairəsinin şerif ofisindən verilən açıqlamaya görə, məktəbdə atəş açmaqda şübhəli bilinən şəxs həbsdədir.

Daha əvvəl Neşvildə barın qarşısında baş verən atışma nəticəsində 6 nəfərin yaralandığı bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki