ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin keçmiş qərargah rəisi, istefada olan polkovnik Lourens Uilkerson bildirib ki, Ukraynada münaqişə tezliklə bitməsə, Şimali Atlantika Alyansı bir ildən sonra parçalanmağa başlayacaq.
O, bu barədə “Going Underground”a müsahibəsində danışıb.
Onun fikrincə, NATO-nun dağılması çox vaxt keçməyəcək, təxminən 12-15 ay çəkəcək.
O hesab edir ki, Ukrayna ərazisində münaqişə uzanarsa və ABŞ vəziyyətin həlli üçün heç bir addım atmasa, belə vəziyyət yarana bilər.
Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna Rusiya ilə birbaşa toqquşma ehtimalı səbəbindən hələlik NATO-ya qəbul edilə bilməz.
Mənbə: Haberler.com