Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 13 yaşlı xanəndəmizin ifa etdiyi “Bayatı-Şiraz” muğamını dinləyərkən bir ixtiyar göz yaşlarına hakim ola bilməyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev kövrəlməsi Türkiyənin “Haber Global” telekanalında yayımlanıb.
Baş tutan tədbirin sonunda muğam ifaçısı ilə görüşən H.Hacıyev öz səsi ilə onu kövrəldən gənc xanəndəyə minnətdarlığını bildirib.
https://youtu.be/ZSJ8cHv3iyI