image-2000x150px
image-123
image-ads_atlas
Ağdamda partlayış baş verib, 1 hərbçimiz həlak olub – 2 nəfər yaralanıb SON DƏQİQƏbackend

Ağdamda partlayış baş verib, 1 hərbçimiz həlak olub – 2 nəfər yaralanıb SON DƏQİQƏ

image-728x90px

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Doğru.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki