image-n1karobka_ads
image-123
image-6870b171ae5ac976b3445b9bbackend

Aİ Trampın Ukraynaya marağını itirə biləcəyindən ehtiyat edir

image-ad_qayo_720x110px

Avropa ölkələri ABŞ-ın sabiq prezidenti və namizədi Donald Trampın Ukrayna münaqişəsinə marağını itirə biləcəyini istisna etmirlər.

Doğru.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Qəzet yazır ki, Avropada bir çoxları Trampın prezident seçilərsə, Ukraynaya olan diqqətini itirəcəyindən və Şimali Koreya məsələsində olduğu kimi, özünə daha yaxın mövzulara yönələcəyindən narahatdır.

Nəşr qeyd edir ki, belə bir halda Avropa İttifaqı Kiyev rejiminə dəstək öhdəliyini təkbaşına daşımalı olacaq. Bildirilir ki, Ukrayna hazırda Aİ-nin hərbi-sənaye kompleksinin mühüm hissəsinə çevrilib və Kiyevin itirilməsi Avropa üçün ciddi iqtisadi və strateji təsirlər yarada bilər.

Xatırladaq ki, “Financial Times” daha əvvəl Aİ-nin 2026-cı ildə Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini qarşılamaq niyyətində olduğunu da yazmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki