İş yerində ünsiyyət və dostluq şirkət işçilərinə psixi sağlamlığı və işləmək motivasiyasını qorumağa kömək edir. Bu barədə təşkilatın saytında yer alan Wiley Workplace Intelligence (WWI) analitik şirkətinin yeni hesabatında deyilir.
Tədqiqat çərçivəsində ekspertlər kommersiya müəssisələrinin 2000-dən çox işçisi arasında sorğu keçirib.
Analitiklərin tapdığı kimi, sorğu iştirakçılarının 78%-i həmkarları ilə bağlı hiss edir, 69%-i isə öz iş komandasında münasibətlər qurmağı xoşladığını qeyd edib. Respondentlərin təxminən yarısı da həmkarlarını daha yaxından tanımaq istədiklərini bildiriblər.
Mənbə: Gazeta.ru