image-n1karobka_ads
image-123
image-47d482ccaa574e2b89e1864d434e5247-8ff4fbf3backend

Almaniyada dəhşətli qatar qəzası – 3 nəfər öldü

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində 3 nəfər həlak olub.

“Bild” nəşrinin yaydığı ilkin məlumata görə, hadisə zamanı qatarın iki vaqonu relsdən çıxıb. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil.

Qatarın içində azı 100 sərnişinin olduğu bildirilib. Hadisə yerində xilasedicilər və fövqəladə hallar xidməti əməkdaşları axtarış və xilasetmə işlərini davam etdirir.

Qeyd edək ki, iyun ayında da oxşar hadisə Rumıniyada baş vermişdi – benzin çənləri daşıyan yük qatarı relsdən çıxmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki