Seysmoloqlar Kemerovo vilayəti ilə sərhəddən çox da uzaq olmayan Puştulim kəndi yaxınlığında Altay bölgəsində 4,5 bal gücündə zəlzələ qeydə alıblar.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Yeraltı təkanların intensivliyinin 5,6 bal olduğu qeyd edilir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl seysmoloqlar Sakit okeanda Cənubi Kuril adaları sahillərində 4,8 və 4,6 bal gücündə zəlzələlər qeydə alıblar.
DOĞRU.AZ