image-n1karobka_ads
image-123
image-4214125backend

Altayda avtobus qəzaya uğradı – 6 nəfər xəsarət aldı

Rusiyanın Altay diyarında yerləşən Biysk şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti yerli polis idarəsinə istinadla məlumat yayıb.

Qəza Trofimova küçəsində bu gün səhər saat 05:15-də (Moskva vaxtı ilə 01:15) baş verib. İlkin məlumata görə, “Mitsubishi Lancer” markalı avtomobilin sərxoş vəziyyətdə olan sürücüsü ötmə manevri zamanı təhlükəsizlik qaydalarını pozub və müəssisə işçilərini daşıyan “PAZ” markalı avtobusla toqquşub.

Hadisə nəticəsində “Mitsubishi”də olan 4 sərnişin və sürücü, eləcə də avtobusun bir sərnişini xəsarət alıblar.

Qəza ilə bağlı prokurorluq araşdırması başlayıb. Faktla bağlı əlavə məlumatlar yaxın saatlarda açıqlanacağı gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki