İngiltərədə bir məktəbli uşaq zooparkını ziyarət etdikdən sonra 17 kq-a qədər arıqlayıb və reanimasiyaya yerləşdirilib.
Bu barədə “Mirror” xəbər verir.
Altı yaşlı uşaq bir neçə gün sonra özünü pis hiss edəndə valideynləri ilə birlikdə Lesterşir əyalətindəki pet heyvanxanasına baş çəkib. Uşaq ishal və şiddətli qarın ağrısından şikayətlənməyə başladı, ailə oğlunu təkbaşına müalicə etməyə çalışdı, ancaq vəziyyəti daha da pisləşdi.
Dörd gündən sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər uşağa norovirus diaqnozu qoyub ambulator müalicəyə buraxsalar da, həkimin yazdığı həblər kömək etməyib.
“Onun gözləri batmışdı, hamısı boz idi. O, artıq arıq idi, amma sonra qəfildən daha 2,5 kq arıqladı, oğlanın çəkisi 16,8 kq-a düşdü”, – deyə məktəblinin anası bildirib.
Mənbə: Haberler.com