image-n1karobka_ads
image-123
image-68b84486ae5ac947847a6f0bbackend

Amur vilayətində körpü ağır yük səbəbindən uçub

image-ad_qayo_720x110px

Amur vilayətinin Şimanovski rayonunda Bolşaya Pera çayı üzərindəki körpü ağır avtomobilin keçməsi səbəbindən uçub.

Doğru.az xəbər verir ki, regional Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyindən bildirilib ki, yolun zədələnmiş hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Hadisə nəticəsində Svetilnoye kəndi nəqliyyat əlaqəsiz qalıb.

Nazirliyin Telegram kanalında qeyd olunur: “Hadisə standart yükü aşan ağır avtomobil körpüdən keçdikdən sonra baş verib.” Hazırda podratçı qəsəbəyə nəqliyyatın əlçatanlığını bərpa etmək üçün işləri həyata keçirməyə hazırlaşır.

Xatırladaq ki, bundan əvvəl Kubanda, Qoryaçi Klyuç yaxınlığında avtomobil körpüsünün bir hissəsi uçmuşdu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki