iPhone 15-ə USB-C-nin əlavə edilməsi daha çox Android smartfon sahiblərini Apple qadcetlərinə keçməyə təşviq edə bilər.
Bu barədə SellCell şirkətinin araşdırmasının nəticələrində deyilir.
Belə ki, sorğuda iştirak edən Android smartfon istifadəçilərinin 44%-i, Apple-ın USB-C portu quraşdıracağı təqdirdə iPhone 15-i almaq istədiklərini bildirib. Onlardan 35%-i bu yenilik sayəsində iPhone-un üçüncü tərəf aksesuarları ilə uyğunlaşacağını bildirərək seçimini izah edib. Eyni zamanda, sorğuda iştirak edən Android smartfon sahiblərinin 56%-i iPhone 15 almağa hazır deyil.
iPhone istifadəçilərinin 63%-i sadəcə USB-C üçün yeni modelə keçməyə hazırdır. Onların əksəriyyəti (37%) bu qərarı noutbuk, planşet və smartfonu enerji ilə doldurmaq üçün bir universal kabeldən istifadənin rahatlığı ilə əsaslandırır. Sorğuda iştirak edən iPhone sahiblərinin təxminən 37%-i öz cihazlarından razı qalıb və sırf yeni enerji konnektoru xatirinə qadceti dəyişməyə hazır deyil.
Mənbə: Gazeta.ru