image-n1karobka_ads
image-123
image-uyz7ei8optccf6jnjj5riy5nxolt2bdarytoyix2_640backend

Antalyada iki min illik Roma dövrünə aid Zevs və Afrodita heykəli tapılıb

image-ad_qayo_720x110px

Antalyanın Aspendos qədim şəhərində aparılan qazıntı işləri zamanı Roma İmperiyası dövrünə aid iki min illik Zevs və Afrodita heykəlləri tapılıb.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə qazıntı işləri “Gələcəyə Miras” layihəsi çərçivəsində aparılıb.

“Zevs və Afroditanın iki min illik heyranedici zərif təsvirləri İki Mərtəbəli Mağazalar – Stoa Kompleksində aparılan qazıntı işləri zamanı üzə çıxarıldı. Əsərlərin, tikililərin ölkəmizin mədəniyyət və turizm həyatına xeyirli olmasını diləyirəm”, – deyə nazir əlavə edib.

Mənbə: Habertürk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki