image-2000x150px
image-123
image-ads_atlas
image-sehid-1610887915backend

Antiterror tədbirlərinin şəhidlərinin bank borcları tam şəkildə silinib

image-728x90px

Bu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizin borcları ilə bağlı Azərbaycan Banklar Assosiasiyası toplantı keçirib və şəhid olanların bank borclarının silinməsi ilə bağlı qərar qəbul edib. 

Qərarda bildirilib ki, şəhid olmuş hərbçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə və yaralanmış hərbçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

Maraqlıdır, şəhidlərin borclarının silinməsi hansı mərhələdədir?

Modern.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət edib.

Assosiasiyanın sədri Zakir Nuriyev sorğumuza cavab olaraq bildirib ki, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən bizə təqdim olunan siyahıda təqdim olunan bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib.

O, silinən məbləğin nə qədər olduğunu açıqlamayıb.

“Təqdim edilən bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib. Bu, bir az həssas mövzudur. Neçə nəfər olmasından, məbləğin nə qədər olmasından asılı olmayaraq, biz istəyərik ki, hamısının borcları silinsin”, – deyə Zakir Nuriyev vurğulayıb.

Qeyd edək ki, antiterror tədbirləri sentyabrın 19-20-də həyata keçirilib. Tədbirlər nəticəsində Qarabağdakı separatçı rejim təslim olub və özünü buraxmaq barədə qərar qəbul edib. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran yaşayış məntəqələri Azərbaycan ordusunun nəzarətinə keçib.

Müdafiə Nazirliyinin məlumatında antiterror tədbirləri zamanı şəhid olan şəxslərin sayı 204 nəfərdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki