image-2000x150px
image-123
image-ads_atlas
image-upload-upload-04-pic4_zoom-1000x1000-18187-pic905-895x505-60219backend

Apple şirkətinin həmtəsisçisi Meksikada xəstəxanaya yerləşdirilib

image-728x90px

Apple şirkətinin həmtəsisçisi 73 yaşlı Stiv Voznyak işemik insult keçirərək Meksikanın paytaxtı Mexiko şəhərində xəstəxanaya yerləşdirilib.

Bu barədə El Sol De Mexico və TMZ portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, iş adamı Ümumdünya Biznes Forumunda çıxış etməyə hazırlaşırdı, lakin tədbirin təşkilatçıları onun iştirakının tibbi səbəblərə görə ləğv edildiyini açıqlayıblar.

Noyabrın 8-də günortadan sonra Voznyak xəstəxanaya köçürülüb və orada MRT çəkilib. Voznyakın yaxınlarının verdiyi məlumata görə, onun vəziyyəti stabildir.

TMZ-nin məlumatına görə, Stiv Voznyakın komandasının bir neçə üzvü onun vəziyyətini öyrənmək və lazım gələrsə, sonrakı müalicə üçün ABŞ-a aparmaq üçün şəxsi təyyarə ilə ABŞ-dan Mexikoya uçur.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki