Şimal-Qərb Nəqliyyat Prokurorluğu Arxangelsk vilayətində doqquz yük vaqonunun relsdən çıxması ilə bağlı araşdırma aparır.
Doğru.az xəbər verir ki, idarənin Telegram kanalında verilən ilkin məlumata görə, hadisə Ponqa və Şastinski stansiyaları arasındakı hissədə baş verib. Hadisə yerinə bərpa qatarları göndərilib.
Ölən və yaralananlar yoxdur.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın Baden-Vürtemberq ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində 3 nəfər həlak olmuşdu.
DOĞRU.AZ