Londondakı Təbiət Tarixi Muzeyinin britaniyalı alimləri dəfn mərasimi ənənəsinin bir hissəsi kimi adamyeyənliyin ən qədim dəlillərini aşkar ediblər. Bunu İngiltərənin cənub-şərqindəki Qof mağarasında tapılmış 15 min il əvvələ aid kəsiklər və diş izləri olan insan sümüklərinin qalıqları göstərir. Tədqiqat Quaternary Science Reviews (QSR) elmi jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, Şimali və Qərbi Avropada paleolit dövründə ölüləri yemək yəqin ki, kifayət qədər geniş yayılmışdır. Üstəlik, adamyeyənlik aclıqdan deyil, o dövrdə mövcud olan mədəni ənənədən irəli gəlirdi.
“Bu insanlar ölülərini basdırmaq əvəzinə onları yedilər. Biz kannibalizmin qısa müddət ərzində Avropanın şimal-qərbində təkrar-təkrar tətbiq edildiyinə dair sübutları şərh edirik”, – deyə insan davranışının təkamülü üzrə ekspert Silvia Bello izah edib.
Mənbə: TASS