Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vassilis Kikilias bildirib ki, Şimal-Şərqi Attikada meşə yanğını ilə təxminən 700 yanğınsöndürən mübarizə aparır.
Kathimerini yazır ki , o qeyd edib ki, yanğınla ümumilikdə 670 yanğınsöndürən, 27 piyada qrupu, 183 maşın və 32 təyyarə mübarizə aparır.
Təbii yanğınların söndürülməsi bölgədə güclü külək və uzun sürən quraqlıq səbəbindən çətinləşir.
Ən çətin vəziyyət Kallitexnopolis və Qrammatiko rayonlarındadır.
Bundan əvvəl Afina ətraflarında baş verən güclü meşə yanğını səbəbindən on yaşayış məntəqəsi boşaldılışdı.
Mənbə RİA Novosti