image-2000x150px
image-123
image-ads_atlas
image-upload-02-pic_32ratio_900x600-900x600-50828backend

AvtoVAZ-ın 2030-cu ilə qədər neçə yeni model istehsal edəcəyi məlum olub

image-728x90px

AvtoVAZ İdarə Heyəti şirkətin 2030-cu ilə qədər inkişaf strategiyasını təsdiqləyib.

RİA Novosti bu barədə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir. Onun çərçivəsində şirkət 12 yeni avtomobil modelini buraxacaq.

“AvtoVAZ ASC-nin Direktorlar Şurası şirkətin 2030-cu ilə qədər inkişaf strategiyasını təsdiqləyib. Lada-nın Rusiya avtomobil bazarında lider mövqeyini saxlamaq planlaşdırılır. Buna müxtəlif seqmentlərdə 12 yeni modelin buraxılması, eləcə də tərəfdaşlıq layihələrinin inkişafı kömək edəcək”, – şirkətin direktorlar şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.

2026-cı ilə qədər AvtoVAZ üç yeni Lada modelini buraxacaq. Yeni modellərin hazırlanması planlarını Rusiya Federasiyası Baş nazirinin müavini və Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov təsdiqləyib. Onun sözlərinə görə, yaxın üç il ərzində üç modelin istehsalına başlanılacaq: 2024-cü ildə Lada Aura, 2025-ci ildə Lada Iskra və 2026-cı ildə Vesta platformasında yeni krossover.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki