Rusiyada bloklanma əleyhinə əyləc sistemi (ABS) və Avro-5 ekoloji sinifinə cavab verən mühərriklərə malik “Lada Niva Legend” və “Niva Travel” yolsuzluq avtomobillərinin satışına başlanılıb.
Bu barədə “VKontakte” sosial şəbəkəsindəki “Avtograd News” ictimai səhifəsi məlumat yayıb.
AvtoVAZ-ın ABS və Avro-5 mühərrikli Lada Niva Legend və Niva Travel yolsuzluq avtomobillərinin istehsalına başlaması faktı dekabrın 1-də məlum olub. İstehsalı bərpa etməzdən əvvəl Avro-5 mühərrikləri və ABS ilə təchiz edilmiş yolsuzluq avtomobilləri dağ sınaqları, elektromaqnit uyğunluğu testləri və müxtəlif temperaturlarda işləmə də daxil olmaqla lazımi sınaq seriyasından keçdi.
Avro-5 standartı üçün mühərrik kalibrləmələri və idarəetmə blokları Rusiyada hazırlanmışdır.
Mənbə: Gazeta.ru