image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_573321325-pic_32ratio_1200x800-1200x800-27039backend

Azarkeşlər ən çox hakerlərin hücumuna məruz qalan ən məşhur oyunların adları açıqlanıb

image-728x90px

“Kaspersky Lab” mütəxəssisləri 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər məşhur video oyunların pərəstişkarlarına qarşı yönəlmiş 4 milyondan çox kiberhücum hadisəsi müəyyən ediblər.

Şirkətin hesabatında deyilir ki, kiber fırıldaqçılar arasında ən populyar oyun Minecraft olub.

Beləliklə, Minecraft kompüterlər üçün aşkar edilmiş zərərli proqramların 70%-dən çoxunu, mobil qurğular üçün isə 90%-dən çoxunu təşkil edir. Bu, oyunun qeyri-rəsmi forumlarda tez-tez yayılan modifikasiyalardan və fırıldaqlardan istifadə etməyə imkan verməsi ilə bağlıdır. Bu cür proqram təminatında istifadəçi məlumatlarını oğurlayan və ya pul qoparan viruslar ola bilər.

Roblox kibercinayətkarlar arasında populyarlığına görə ikinci, Counter Strike: Global Offensive isə üçüncü yerdədir.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki