image-2000x150px
image-123
image-ads_atlas
image-c952598a-fb4b-3236-8e59-3e666171d252_850backend

Azərbaycan Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Özbəkistan və Türkiyəyə təşəkkür edib

image-728x90px

“Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının ilk iclasının yekunları üzrə türkiyəli və özbəkistanlı həmkarları – Mövlud Çavuşoğlu və Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, o, görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.

O xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.

C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki