image-n1karobka_ads
image-123
image-img-20250709-wa0068backend

Azərbaycan TDT-nin Turizm nazirləri toplantısında iştirak edib – FOTO

8-9 iyul tarixlərində Azərbaycan nümayəndə heyəti Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Turizm nazirlərinin 10‑cu toplantısında və işçi qrupun 20‑ci görüşündə təmsil olunub.

Doğru.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə turizm sahəsində təşkilatla əməkdaşlığın gücləndirilməsi, eləcə də Azərbaycanın ev sahibliyi etdiyi TDT iclasları və konfransları barədə məlumat verib.

O, həmçinin son illərdə fəaliyyətin genişləndiyini və turizm statistikalarının artırıldığını vurğulayıb.

Tədbir zamanı Azərbaycanın turizm potensialını tanıdan video nümayiş edilib və “Vahid Muzey Kartı” təşəbbüsü irəli sürülərək, bununla bağlı konsepsiyalar müzakirə olunub.

İclasda Türk Dövlətləri arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.

DOĞRU.AZ

image-img-20250709-wa0067image-img-20250709-wa0069 image-img-20250709-wa0070

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki