image-2000x150px
image-123
image-ads_atlas
image-84f380fa-db33-3ae8-9243-2e3fe1e8fe87_850backend

Azərbaycanda 90 dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

image-728x90px

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 dövlət qurumu öz daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq tətbiq üçün təsdiq edib.

Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, həmin təlimatlar dövlət qurumlarında informasiya sızmasına qarşı informasiya təhlükəsizliyi təminatına diqqət və nəzarətin gücləndirilməsi məqsədi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının hazırladığı və dövlət qurumlarına təqdim etdiyi nümunəvi təlimat əsasında hazırlanıb.

Bundan başqa, hesabat dövründə dövlət informasiya ehtiyatlarında 380 təhlükəsizlik boşluğu – nöqsanları aşkar edilib və aradan qaldırılması üçün audit reportları hazırlanaraq tövsiyələrlə bərabər müvafiq qurumlara təqdim edilib. Kiberhücumların analizi ilə hesabat dövründə 780 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb. Kiber-kəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş saxta domenlərin ölkə üzrə fəaliyyətinin qarşısının alınması ilə xakerlərin xüsusi hədəflədiyi kiberhücum hazırlıqlarında dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb və kiberhücum cəhdləri qabaqlanıb;

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki