İctimai nəqliyyatda qadın sürücülərə rast gəlmək Azərbaycanda uzun illər nadir və demək olar ki, mümkünsüz hesab olunurdu. Lakin bu stereotiplər “BakuBus” şirkətinin qadın sürücülər üçün vakansiya elan etməsi ilə dəyişməyə başlayır.
Artıq yaxın gələcəkdə paytaxt və digər şəhərlərdə avtobusların sükanı arxasında qadınları da görmək mümkün olacaq. Bu addım nəqliyyat sektorunda gender bərabərliyinin təşviqi və qadınların peşə sahələrində iştirakının artırılması baxımından önəmlidir.
Doğru.az təqdim etdiyi videosüjetdə mövzu ilə bağlı geniş məlumatı izləyə bilərsiniz.