image-2000x150px
image-123
image-ads_atlas
image-17074320103397343192_1200x630backend

Azərbaycanın növbədənkənar prezident seçkiləri Peru mətbuatında – FOTO

image-728x90px

Peru Jurnalistlər Federasiyasının internet səhifəsində, həmçinin Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalında bu günlərdə Azərbaycanda səfərdə olan məşhur perulu jurnalist Rikardo Sançesin müəllifliyi ilə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri barədə geniş məqalələr dərc olunub.

Azərbaycanın Meksikadaki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalələrdə seçkilərin Qarabağ regionu daxil bütün ölkə ərazisində keçirilməsi ilə əlamətdar olduğu, 5 milyona yaxın insanın 6537 seçki məntəqəsində səs verdiyi, eləcə də bu məqsədlə Azərbaycanın xaricdəki 37 diplomatik nümayəndəliyində seçki məntəqələrinin yaradıldığı qeyd olunur. Müharibədən sonra Qarabağa qayıdan minlərlə məcburi köçkünün ilk dəfə səsvermədə iştirak etdiyini vurğulayan müəllif, seçkilərin 300-ə yaxın xarici media nümayəndəsi tərəfindən işıqlandırıldığını bildirir.

Qeyd olunur ki, Qarabağdakı 30 illik erməni işğalına son qoyan şanlı Qələbənin memarı olaraq Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin seçicilərin 92 faizdən çox səsini toplayaraq növbəti yeddi illik müddətə bu vəzifəyə seçilməsi xalqın rəhbərinə olan etimadından xəbər verir. Nəticələrin açıqlanması ilə birlikdə Azərbaycan Prezidentinin digər ölkələrin dövlət və hökumət başçılarının təbriklərini qəbul etməyə başladığı, ölkə ərazisində isə bayram əhvali-ruhiyyəsinin hökm sürdüyü və Prezidentə dəstək yürüşlərinin keçirildiyi bildirilir.

Həmçinin seçkilərin xalqın sabitliyi, iqtisadi inkişafı, demokratik institutların möhkəmlənməsini qarşısına hədəf qoyan ölkə rəhbərliyinə olan yüksək etimadını təsdiqlədiyi və Azərbaycanın öz tarixində yeni səhifə açaraq firavanlığa doğru daha bir addım atdığı diqqətə çatdırılır.

DOĞRU.AZ

image-17074320103397343192_1200x630 image-17074320104970753581_1200x630 image-17074320105512358083_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki