image-2000x150px
image-123
image-ads_atlas
image-17062813084475858628_1200x630backend

AZƏRTAC-ın əməkdaşı “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin fəxri üzvü seçilib

image-728x90px

Yanvarın 26-da “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQDİM) İdarə Heyətinin qərarı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) buraxılış redaktoru Aydın Məmmədov AQDİM-nin İdarə Heyətinin fəxri üzvü seçilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında maarifləndirmə işinin gücləndirilməsinə xidmət etməkdir.

Qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər “Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki