image-n1karobka_ads
image-123
image-metro_reyd_080921_3backend

Bakı Metropolitenində yenilik: Qatarlararası interval minimuma endirildi

AZCON Holding-in tərkibinə daxil olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində mühüm yenilik həyata keçirilib. QSC-dən Doğru.az-a verilən məlumata görə, bu ilin may ayından etibarən pik saatlarda qatarların intervalı 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb. Bu addım son 16 ildə ilk dəfə olaraq həyata keçirilən mühüm dəyişiklik kimi qiymətləndirilir.

Qatar cütlərinin sayı 30-dan 32-yə çatdırılaraq daha sıx hərəkət qrafiki tətbiq edilib. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu rəqəm infrastrukturun, xüsusən də hərəkət təhlükəsizliyi sisteminin texniki imkanlarına əsasən müəyyən olunur.

Qeyd edək ki, Bakı metrosunda sonuncu dəfə qatar sayında artım 2009-cu ildə qeydə alınmışdı və o vaxtdan etibarən sistem maksimum 30 cüt qatar/saat əsasında fəaliyyət göstərirdi.

Yeni hərəkət cədvəlinin hazırlanması çərçivəsində aşağıdakı yeniliklər həyata keçirilib:

Kağız əsaslı köhnə qrafiklərdən imtina edilərək yeni rəqəmsal proqram təminatına keçilib;

İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış rejimləri optimallaşdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki