image-n1karobka_ads
image-123
image-1612515122_modern-az_baki_metrosu_0258_44backend

Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi

image-ad_qayo_720x110px

“Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib.

Təəssüf ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib.

Qeyd edək ki, vəfat edən sərnişin Bakı Metropoliteninin Tunel Qurğuları Xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub. O, bir neçə il əvvəl ürəyində cərrahi əməliyyat keçirdiyi üçün müvafiq tibbi protokola uyğun olaraq, xidmətin yalnız gündüz işlərinə cəlb edilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki