image-n1karobka_ads
image-123
image-174824411525027007_1200x630backend

Bakı şəhərində sursat aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Bakı şəhəri, Nəsimi rayonu, “Port Baku” ərazisində aparılan tikinti işləri zamanı hərbi sursatın aşkarlanması ilə bağlı məlumat daxil olub.

Məlumat əsasında ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunub və ərazidə baxış keçirilib. Nəticədə, təxminən 1930–1940-cı illərə aid, 76 millimetrlik F-354 model yüksək partlayıcılı qəlpəli top mərmisi aşkar edilib.

Bu barədə Doğru.az-a ANAMA-nın mətbuat xidmətindən əlumat verilib.

Bildirilib ki, təhlükəli hərbi sursat xüsusi əraziyə daşınaraq, partlayış yolu ilə zərərsizləşdirilib.

Əlavə təhlükəsizlik tədbirləri çərçivəsində hadisə baş verən ərazi və ətrafında təmizləmə işləri aparılıb. Əlavə təhlükəli əşya aşkarlanmayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki