image-2000x150px
image-123
image-ads_atlas
image-bna-avtobus-marsurutbackend

Bakıda daha iki müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq

image-728x90px

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

AYNA-nın xəbərinə görə, yanvarın 27-dən NZS yaşayış massivi – Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi istiqamətində fəaliyyət göstərən 22 nömrəli, yanvarın 28-dən isə Sabunçu dəmiryol stansiyasını “Dərnəgül” metro stansiyası ilə əlaqələndirən 93 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 180 marşrutdan 102-si nağdsız ödəniş sisteminə qoşulub. 2023-cü ildə 14 marşrut üzrə fəaliyyət göstərən 375 avtobusda kart sisteminə keçid olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki