image-ads_n1karobka_mobile
image-68864c79ae5ac905da437015backend

Başqırdıstanda turist avtobusu qəzaya uğradı: 20-dən çox yaralı var

Başqırdıstan Respublikasının Kiginski rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Udmurtiyadan gələn turist avtobusunun iştirakı ilə qeydə alınıb.

Doğru.az xəbər verir ki, qəza nəticəsində 20-dən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib, hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanları cəlb olunub.

Hazırda qəzanın səbəbləri araşdırılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki