image-2000x150px
image-123
image-ads_atlas
image-18040_nfunoojci1backend

Bayraktardan Prezidentə hədiyyə – FOTOLAR

image-728x90px

Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəsmi tvitter səhifəsində Prezident İlham Əliyevlə görüşü haqda paylaşım edib.

Doğru.az xəbər verir ki, o, görüş zamanı çəkilmiş fotoları da izləyiciləri ilə bölüşüb. Fotolardan birində diqqətçəkən məqam Prezident İlham Əliyevə özəl gödəkçənin hədiyyə edilməsidir. Prezidentə təqdim edilmiş gödəkçənin bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə dövlət başçısının ad-soyadı əks olunub.

S.Bayraktar sözügedən paylaşımında həmçinin İlham Əliyev tərəfindən “Qarabağ” nişanına layiq görülməkdən şərəf və qürur hissi duyduğunu vurğulayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki