ABŞ konqresmenlərinin bir hissəsi Amerika kəşfiyyatının Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı mənfi proqnozuna görə Ukraynaya yeni yardım paketinə qarşı çıxıb.
Bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Əks-hücumun təvazökar nəticələrini nəzərə alaraq, bəzi respublikaçılar indi prezident Baydenin Ukraynaya 20 milyard dollardan çox yardım istəməsinə etiraz edirlər.
Avqustun 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Endryu Harris Ukraynanın əks-hücumunun iflasa uğradığını etiraf edib. O, həmçinin qeyd edib ki, Ukraynaya maliyyə yardımının ayrılmasını dəstəkləyəcək, bir şərtlə ki, bu pullar hərbiyə deyil, humanitar məqsədlərə getsin.
Mənbə: Sözcü