image-n1karobka_ads
image-123
image-6866d94102e8bd42245777a6backend

Bolqarıstanda silah zavodunda partlayış – 1 nəfər ölüb

Bolqarıstanın Kazanlak şəhərində yerləşən “Arsenal” silah zavodunda baş verən partlayış insan tələfatı ilə nəticələnib.

Doğru.az xəbər verir ki, hadisə barədə məlumatı BGNES agentliyi yayıb. Bildirilir ki, əvvəlcə fabrikdə güclü yanğın baş verib, ardınca isə partlayış və zərbə dalğası bir neçə binaya ciddi ziyan vurub.

İlkin məlumata görə, partlayış nəticəsində bir işçi başından ağır xəsarət alıb və xəstəxanaya aparılarkən yolda keçinib, digər işçilər arasında tələfat qeydə alınmayıb.

Rəsmi qurumlar bildiriblər ki, hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və əhali üçün heç bir təhlükə yoxdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki