image-2000x150px
image-123
image-ads_atlas
image-post_61630007084backend

Boş qalmış iki nazir postuna təyinat gecikir – Səbəblər

image-728x90px

2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri olan 71 yaşlı Oqtay Şirəliyev aprel ayında vəzifəsindən azad edildi. O zamandan etibarən bu post boşdur. Səhiyyə nazirinin vəzifələri müvəqqəti olaraq birinci müavin Teymur Musayevə tapşırılıb.

Gənclər və İdman naziri Azad Rəhimov isə ABŞ-da, müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

O, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2006-cı ildən nazir postunda idi. Hazırda onun səlahiyyətlərini birinci müavin İntiqam Babayev icra edir. Nazir kürsüsünə kimin oturacağı isə bəlli deyil.

Professor Adil Qeybulla: “Nazirin kim olması önəmli deyil, səhiyyədə islahatlar aparılmalıdır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a bildirib ki, yeni səhiyyə nazirinin kim olmasından daha çox, hansı islahatlar keçirəcəyi önəmlidir: “Səhiyyə nazirinin kim olması heç nəyi dəyişmir. Səhiyyədə islahatlar aparılmalıdır. Sistem yoxdur. Məsələn, icbari tibbi sığorta ən azı Qərb standartlarına uyğun olmalıdır. Bir sözlə, səhiyyə siyasəti olmalıdır”.

Deputat Elman Nəsirov: “Təyinatların yubanması kadr qıtlığı, yaxud ləyaqətli kadrların tapılmaması ilə bağlı deyil”

Mövzunu “Yeni Müsavat”a şərh edən deputat Elman Nəsirov bildirib ki, bu, prezidentin səlahiyyətində olan məsələ olduğu üçün konkret fikir söyləmək doğru olmaz: “İlham Əliyev 2018-ci ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq növbəti dəfə ölkə prezidenti seçildikdən sonra islahatların daha da dərinləşdirilməsi kursunu həyata keçirməyə başlayıb. Bu, hərtərəfli islahatları, eyni zamanda, kadr islahatlarını ehtiva edir. Kadrlar ilk növbədə vətənpərvər, peşəkar, milli mənəvi dəyərləri qorumalıdır, ümumbəşəri dəyərləri paylaşmalıdır, sədaqətli olmalıdır. Eyni zamanda müasir dünyada gedən prosesləri təhlil etmək qabiliyyətinə, nəticələr çıxarmaq potensialına malik olmalıdır. Təyinatların yubanması kadr qıtlığı, yaxud ləyaqətli kadrların tapılmaması ilə bağlı deyil. Əksinə, bu gün Azərbaycanda kifayət qədər vətənsevər, peşəkar, ləyaqətli kadrlar var. Söhbət yaxşıların içərisindən ən yaxşısını seçməkdən gedir. Bu məsələlər ölkə prezidentinin səlahiyyətindədir. Məqamı çatanda müvafiq təyinatlar olacaq”.

Deputat, “yeni nazir təyinatlarının Milli Məclis üzvləri arasından olması mümkündürmü” sualına cavabında bildirdi ki, bunu istisna etmir: “Azərbaycan demokratik dövlətdir. Hakimiyyətin müstəqil üç qanadı var. Əgər deputat nazir vəzifəsinə təyinat alarsa, onun parlamentdəki fəaliyyətinə xitam verilir. Belə təcrübə çox olub. O ki qaldı ad çəkməyə, mən ad çəkə bilmərəm. Bu məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətində olan məsələdir. Digər tərəfdən, hazırda həmin vəzifələri icra edən şəxslər var”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki