image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220411_093237_026backend

“Gözləyirdik ki, istəksiz olarlar…

image-728x90px

“Sumqayıt”ın özəl azarkeşləri var. Bura böyük istək və ehtiyatla gəlirik. Son 6 oyunda qələbələri yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən əksini gördük. Sonadək yaxşı dinamika, istək oldu. Oyuna maraq gətirdilər”.

Doğru.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis xal fərqinə baxmayaraq hələlik rahatlaşma hiss etmədiklərini söyləyib: “Daha da istəkli olur, ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda da inanıram ki, belə olmayacaq. Yaxşı idman forması yığırıqsa, onları qorumaq və daha da yaxşılaşdırmaq lazımdır”.

Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib: “Bu, mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsinin özünə cavabdeh olan insanlar var. Söhbətin içində deyiləm. Heç bir fikir bildirməyəcəyəm. Dəfələrlə futbolçularıma bildirmişəm ki, buradakından da intizamlı olsunlar. Onlara tam inanıram”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki