image-2000x150px
image-123
image-ads_atlas
image-1-5backend

İkinci Qarabağ müharibəsi şəhidi Tamerlan Mahmudovun xatirəsi yad edildi – FOTO

image-728x90px

6 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı altında BMA-nın Böyük zalında İkinci Qarabağ müharibəsinin şəhidi və  Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin məzunu olmuş Tamerlan Mahmudovun xatirəsinə konsert başa tutdu.

Konsertin klassik və müasir musiqi əsərlərinə əsaslanan zəngin proqramı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əlibala Rzayevin dirijorluğu ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin, Xalq artisti, tanınmış violinoçu Zəhra Quliyevanın rəhbərlik etdiyi, BMA nəzdində “Detaşe” violinoçular ansamblının ifalarında təqdim olundu. Proqramın maraqlı tərtibatı Tamerlan Mahmudovun ifa və aranjiman etdiyi, eləcə də ifası ona nəsib olmayan əsərlər əsasında qurulmuşdu. Dinləyicilərin gur alqışlarını qazanan klassik musiqi inciləri Frans Şubertin, İohann Ştrausun, Üzeyir Hacıbəylinin, Qara Qarayevin,Tofiq Quliyevin, eləcə də Ceyms Hornerin, Alan Silvestrinin məşhur kinofilmlərə saundtrekləri, Fərhad Bədəlbəylinin “Zəfər marşı”, Əlibala Rzayevin Azərbaycan bəstəkarlarının mövzularına “Fantaziya”sı və “Zəfər sevinci” əsərləri oldu.

Anım tədbirində BMA-nın rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli başda olmaqla bir sıra incəsənət xadimləri, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru Əlibala Rzayev və şəhidin ailə üzvü Aygün Cabbarova çıxış edərək Tamerlan Mahmudovun könüllü olaraq müharibədə iştirakı və böyük fədakarlığı, Vətənə, doğma mədəniyyətinə və xalqına dərin məhəbbəti haqda öz xatirələrini bölüşmüşlər. Şəhidin əziz xatirəsinə həsr olunmuş videoçarx da təqdim edilmişdir.

DOĞRU.AZ

image-4-4 image-2-4 image-3-4 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki