image-2000x150px
image-123
image-ads_atlas
image-28313_f4r19504gwbackend

Qapalı məkanlarda maska tələbi ləğv edilə bilər? – Nazir açıqladı

image-728x90px

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.

Doğru.Az “Report”a istinadən xəbər verir ki, nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib.

Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur:

“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki, müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.

Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım məsələsinə də toxunub:

“SARS-CoV-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.

T.Musayev qeyd edib ki, Azərbaycanda Türkiyə istehsalı olan “Turkovac” vaksininin üçüncü faza sınaqlarında könüllü iştirak etmək istəyən şəxslər var.

İki ölkə arasında imzalanan müqaviləyə əsasən, sınaqların Bakı Sağlamlıq Mərkəzində baş tutacağını xatırladan nazir bildirib ki, artıq könüllü olmaq üçün müraciət edənlər var:

“Ümumi nəticələr əldə olunduqdan sonra yekun məlumatlar Türkiyə tərəfinə təqdim olunacaq. Yekun nəticələr barədə də ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

O qeyd edib ki, “Turkovac”ın üçüncü faza sınaqları isə sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Uğurlu olandan sonra vətəndaşlarımıza seçim kimi təqdim olunacaq.

Nazir, həmçinin əlavə edib ki, Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Söhbət sırf Sars-Cov2 əleyhinə vaksindən getmir. T.Musayevin sözlərinə görə, vaksin istehsalı strateji məsələdir:

“Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki