image-2000x150px
image-123
image-ads_atlas
image-1-6backend

Azərbaycan nümayəndələri “Azərbaycan və Özbəkistan xalqlarının repressiya faciəsi:Bir tarix, bir tale” adlı beynəlxalq konfransda – FOTO

image-728x90px

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Repressiya Qurbanlarının Xatirəsi Dövlət Muzeyi” ilə birgə “Azərbaycan və Özbəkistan xalqlarının repressiya faciəsi: Bir tarix, bir tale” adlı beynəlxalq konfrans keçirib.

Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyətin nümayəndələri, tələbələr iştirak edib.

Muzeyin rəhbərləri və iştirakçılar Azərbaycandan gələn qonaqları “Şəhidlər xatirəsi” Memorial Kompleksinin girəcəyində qarşılayıblar. Din xadimi cəmi şəhiddlərin ruhuna dua oxuyub, sonra iştirakçılar konfrans salonuna keçib.

Muzeyin direktoru, professor Bəxtiyar Xasanov qonaqları salamlayıb, qurumun tarixi haqqında məlumat verib. O deyib ki, muzey Özbəkistanın sabiq prezidenti İslam Kərimovun Fərmanı ilə 2001-ci il mayın 1-də yaradılıb və bir müddətdən sonra fəaliyyətə başlayıb. Özbəkistanda repressiya 1920-ci ildən başlayaraq 1950-ci illərin əvvəllərinə qədər davam edib, muzey məhz məhbus həyatı yaşayanların  qətlə yetirildiyi ərazidə inşa olunub.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Azərbaycanın və Özbəkistanın ziyalıları, alimlər, din xadimləri, şairlər, yazıçılar, fəal vətənsevərlər eyni taleyi yaşayıb, heç bir günahı olmadan müxtəlif bəhanələrlə Sibirin, Qazaxıstanın qışda insanı bıçaq kimi kəsən, yayda ilan mələyən çöllərinə sürgün olunub, güllələnib. Azərbaycanda 30 ildən artıq davam edən repressiyada xalqımızın genofonduna böyük zərbə dəyib. O deyib ki, 1937-ci il avqustun 10-dan 1938-ci il yanvarın 1-dək, təxminən beş ay ərzində Azərbaycandan 10 min 700 adam sürgün edilib. Bunların 3613 nəfəri qətlə yetirilib, 7087 ziyalı isə 8-10 il müddətinə həbs olunub.

Akademik, muzeyin aparıcı elmi işçisi Naim Kərimov Özbəkistanın tanınmış ziyalılarının, şair və yazıçılarının uzaq Sibirə, Qazaxıstana sürgün edildiyini, amansızlıqla qətlə yetirildiyini bildirib. Özbək romançılığının “atası” Oybek, Şuhrat, Mirzakolon İsmaili, Said Axmad, Şükrulla və digər ziyalılar “xalq düşməni” elan edilərək qətlə yetirilib.

Qənirə Paşayeva öz çıxışında bildirib ki, Azərbaycandan, Özbəkistandan, Türkmənistandan 100 minlərlə aydın gedər gəlməzə göndərilib. Azərbaycandan Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və digərləri, Özbəkistandan Fitrat, Botu, Abdulla Qadiri, Usman Nasir, yüzlərlə bu kimi ziyalı qətlə yetirilib. Repressiya maşını soydaşımız, özbək ədəbiyyatının klassikinə çevrilən şair, “Manquberdi”,”Mirzə Uluğbəy” kimi dramlar, “Daşkəndnamə” poemasını ortaya qoyan Maqsud Şeyxzadədən də yan keçməyib.

Özbək alimi Xalid Səid Xocayev İstanbulda universitet bitirib, Bakıdan Özbəkistana gəlmək istəyib və onu Vətəninə gəlməyə qoymayıblar, bir müddət sonra həbs olunub və güllələnib. Mahmud Qaşqarinin “Divani-lüğəti-it türk” əsərini Azərbaycan dilinə tərcümə edib.

Müşfiq Cəfərov bildirib ki, bizim dinimiz, dilimiz, tariximiz və mədəniyyətimiz birdir. Ölkələrimiz arasında bütün sahələrdə münasibətlər uğurla inkişaf edir.

Dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxın dostluq münasibətləri təbii ki, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə öz müsbət təsirini göstərir.

Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışan deputat Özbəkistan dövləti və xalqının Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb və bunun üçün minnətdarlıq edib.

Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, professor Şerzod Kudratxocayev deyib ki, Özbəkistanda 130-dan artıq xalq və millət yaşayır. Repressiya illərində özbəklərlə birlikdə digər xalqların nümayəndələri də sürgün olunub. Azərbaycanda doğulan, Özbəkistana sürgün edilən, burada ad-san qazanan Maqsud Şeyxzadə onlardan biridir.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli qeyd edib ki, 1920-ci ildən başlayaraq 1957-ci ilədək Azərbaycandan Sibirə və Qazaxıstana 250 min adam sürgün olunub. Ayrılıqda Qazaxıstana isə 150 min ziyalı sürülüb. Onların çoxu güllələnib.

Sonra qonaqlar və iştirakçılar muzeyə baxış keçirib.

DOĞRU.AZ

image-3-5 image-2-5 image-4-5

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki