image-n1karobka_ads
image-123
image-5c10a5e87d0cdbackend

Heydər Əliyev Yolundan Güc Alan Müstəqillik – İlqam Cəbiyev imzası ilə    

28 May – bu tarix hər bir azərbaycanlının yaddaşında sadəcə bir gün deyil. Bu gün – azadlığın, milli kimliyin, müstəqil dövlətçilik düşüncəsinin rəsmi doğum günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və Şərqdə ilk demokratik respublika kimi tarixə qızıl hərflərlə yazıldı. Bu, təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının qürur anı idi.

Bu gün biz həmin müqəddəs idealların davamçılarıyıq. Həmin cümhuriyyətin varisləri olaraq, azad və suveren bir ölkənin – qüdrətli Azərbaycanın vətəndaşlarıyıq. Və bu yol asan olmadı. Dəfələrlə əlimizdən alınmaq istənilən müstəqilliyimizi biz canımız bahasına qoruduq, yaşatdıq və möhkəmləndirdik.

Bu gün Azərbaycan öz gücünün zirvəsindədir. Bu gücün təməlində isə iki möhtəşəm şəxsiyyətin adı dayanır: Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev!

Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, dövlətçiliyin əsas sütunlarını qurdu, xalqı ətrafında birləşdirdi. O, dedi: “Müstəqillik bizim ən böyük sərvətimizdir.” Bu kəlam zaman keçdikcə daha dərin məna kəsb etdi. Çünki gördük – bu sərvəti qorumaq hər millətin işi deyil.

Prezident İlham Əliyev isə həmin sərvətin real sahibinə çevrildi – onu gücləndirdi, torpaqlarımızı düşməndən azad etdi, xalqımıza 30 ildən sonra Qələbə sevincini yaşatdı. 28 Mayın 44 günlük Zəfərlə tamamlanması Azərbaycan tarixinin ən möhtəşəm mərhələlərindən biridir.

Bu gün Azərbaycanın səsi dünyada eşidilir, ordusu güc mərkəzinə çevrilib, bayrağı Qarabağda, Şuşada, Laçında dalğalanır! Bu – müstəqilliyin, bu – vətənə bağlılığın, bu – xalqa sədaqətin nəticəsidir!

Müstəqillik yalnız bir status deyil. Müstəqillik – bir xalqın ruhudur, milli qürurudur, yaşamaq iradəsidir! Biz bu iradəni qoruyuruq, yaşadırıq, gələcək nəsillərə ötürürük!

Mən – İlqam Cəbiyev, Doğru.az saytının rəhbəri olaraq bu gün bir daha qürurla bəyan edirəm:
Azərbaycan Respublikasının müstəqilliyi əbədidir, dönməzdir və müqəddəsdir!

Yaşasın Azərbaycan!
Yaşasın 28 May – Respublika Günü!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki