image-n1karobka_ads
image-123
image-1758012214125018382_1200x630backend

Belçika səfirliyi Formula 1 ərəfəsində xüsusi tədbir keçirəcək

image-ad_qayo_720x110px

Belçikanın Azərbaycandakı səfirliyi yüksək performanslı idman növləri, texnoloji innovasiyalar və mühəndislik sahəsində hər iki ölkənin ortaq maraqlarını vurğulamaq məqsədilə tədbir təşkil edəcək.

Doğru.az xəbər verir ki, sentyabrın 18-də F1 paddokunun yaxınlığında keçiriləcək tədbirdə Formula 1 dünyasının tanınmış simaları, Belçika və Azərbaycanın biznes icmasının nümayəndələri bir araya gələcəklər. Tədbir çərçivəsində belçikalı avtoidman və yüksək texnologiya mütəxəssislərinin iştirak edəcəyi panel müzakirəsi də planlaşdırılıb.

Sözügedən tədbir sənaye liderləri, sahibkarlar və avtoidman peşəkarları üçün unikal şəbəkələşmə imkanı yaradacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki