image-ads_n1karobka_mobile
image-1fbf0acb8cac1c68bf1c3ac42f5100b5_ad1df0e1773441bfb6f830823423cb32_055ef5c91779f59a67c0a2bf87900bf6edc30395-00bd-3c3d-b35a-d79f500f3181_850-jpgbackend

“Formula-1” üzrə Azərbaycan Qran-prisi ləğv oluna bilər? – AÇIQLAMA

image-add-a-heading

Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Formula-1” yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.

Bu barədə iddia ilə “Formula-1″i işıqlandıran idman jurnalisti Jiuliana Cerasoli çıxış edib.

O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:

“Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və “Formula-1″ təqviminə uyğun keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, “Formula-1” təqviminə əsasən, Bəhreyn (5-ci mərhələ) və Səudiyyə Ərəbistanında (6-cı mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beş həftəlik fasilə yaranacaq. May ayında yarışlar ABŞ Qran-prisi ilə davam edəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki