Formula 1-də uğurlu nəticələr göstərən “McLaren” komandasının bazar dəyəri 5 milyard dolları keçib.
Doğru.az xəbər verir ki, xarici mətbuata istinadla İngiltərə təmsilçisi bu göstərici ilə Formula 1-in ən dəyərli komandası olub. Komandanın dəyəri səhmlərin satışı əsasında qiymətləndirilib.
Qeyd olunur ki, 2022-ci ildə bir investisiya şirkəti “McLaren”in 30 faizini alarkən, komandanın ümumi dəyəri 740 milyon dollar olub. Beləliklə, şirkət 3 il ərzində payını sataraq təxminən 7 dəfə qazanc əldə edib.
Xatırladaq ki, “McLaren” ötən mövsüm 1998-ci ildən sonra ilk dəfə komanda şəklində dünya çempionu olub.
DOĞRU.AZ